Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Krivoy Roqa endirdiyi zərbənin beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmamasının vacibliyini vurğulayıb.
“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
V.Zelenski, həmçinin raket zərbələrindən müdafiəni təmin etmək üçün əlavə “Patriot” sistemlərinin tapılmasında ABŞ-nin köməyinə ümid etdiyini bildirib.
"Biz, xüsusilə, ABŞ tərəfi ilə bu cür raket zərbələrindən qorunmaq üçün əlavə hava hücumundan müdafiə sistemləri barədə danışdıq. Əlavə "patriot"ların tapılmasında kömək vəd edən Birləşmiş Ştatlar Prezidenti ilə razılaşmalarımıza ümid edirik", - V.Zelenski qeyd edib.
MƏLUMAT YENİLƏNİR