Bakıda boşanmaq istəyən arvadının qulağını kəsən şəxs saxlanılıb.
Referans.az xəbər verir ki, bunu Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşl polis leytenantı Elbrus İbrahimov bildirib.
O qeyd edib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.
Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb.
Araşdırma aparılır.