Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərinin tarixi hələ müəyyən edilməyib.
Publika.az "Anadolu"ya istinadla xəbər verir ki, bu barədə ölkə lideri özü məlumat verib.
“Ancaq eyni zamanda xarici işlər nazirim (Hakan Fidan) və ticarət nazirim (Ömər Bolat) ABŞ-la bağlı görüşləri və ya səyahət planları ola bilər”, - Ərdoğan bildirib.
Ərdoğan həmçinin "Türkiyəyə qarşı gördükləri müsbət yanaşmanın konkret hərəkətlərə çevriləcəyinə" ümid etdiyini bildirib.
Türkiyənin ticarət naziri Ömər Bolat cümə günü bildirib ki, Ankara Donald Trampın elan etdiyi əlavə 10 faizlik tarifin ləğvi üçün ABŞ ilə danışıqlar aparmaq istəyir.