ABŞ-ın Türkiyəyə tətbiq etdiyi nisbətən aşağı 10%-lik baza tarifi türk ixracatçılarına fayda verə bilər.
Publika.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "CNN Türk"ə bildirib.
“Hazırda Türkiyəyə bu cür tariflərin tətbiq edilməməsi qərarı Amerika bazarına çıxmaq baxımından bəlkə də bizim xeyrimizədir”, - Yılmaz bildirib.
"Artıq dəmir, polad və alüminiuma (Türkiyədən ABŞ-a ixrac) tariflər var idi, ABŞ digər ölkələrə də oxşar tariflər tətbiq edərkən, bərabərləşdirmə oldu və bu, bizim xeyrimizə idi" - o deyib.
Yılmazın sözlərinə görə, Trampın açıqlamasından sonra xammalın, o cümlədən neftin qlobal qiymətlərindəki ucuzlaşmadan idxalçı ölkə kimi Türkiyə də qazanc əldə edəcək.