Bakının Xəzər rayonu, aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib.
Hadisə nəticəsində ölən və yaralıların olduğu bildirilir.
Yaralılar təcili tibbi yardım vasitəsilə 3 saylı Kliniki Xəstəxanaya çatdırılıblar.
Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün işlər görülür.
Faktla bağlı araşdırma aparılır.