AZ

Premyer Liqa: “Sabah” “Kəpəz”ə, “Qarabağ” “Zirə”yə qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 29-cu turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Sabah” doğma meydanda “Kəpəz”lə üz-üzə gələcək. “Masazır Arena”da baş tutacaq oyunu Rauf Cabbarov idarə edəcək. Premyer Liqa çərçivəsində keçirdiyi son altı oyunda qələbəyə həsrət olan, 36 xalla 5-ci sırada qərarlaşmış “Sabah” uğursuz gedişata bu gün son qoymağa çalışacaq. Son iki turda heç-heçələrlə kifayətlənmiş “Kəpəz”ə də xal və ya xallar çox lazımdır.

Bu, sözügedən klubların Premyer Liqada 12-ci görüşü olacaq. Əvvəlki 11 oyunda bakılılar 7, gəncəlilər 1 qələbə qazanıblar, 3 qarşılaşmada heç-heçə qeydə alınıb. Son üç görüşdə 4 və ya daha çox qol qeydə alınıb. “Sabah” hər matçda bu rəqibinə 2 və ya daha çox qol vurub.

Günün digər oyunu “Qarabağ”la “Zirə” arasında keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək. 67 xalla zirvədə qərarlaşmış Ağdam təmsilçisi əsas izləyicisi, 55 xalı olan “Zirə”ni məğlub yola sala bilsə, çempionluğu bir qədər də yaxınlaşdırmış olacaq.

“Qarabağ”la “Zirə” daha öncə 38 oyunda qarşılaşıblar, bu görüşlərdə ağdamlılar 25, zirəlilər cəmi 2 qələbəyə seviniblər. 11 görüş də heç-heçə bitib. “Qarabağ” son 6 oyunda bu rəqibinə qol vurub. Son üç görüşdə 4 və ya daha çox top qeydə alınıb.

Premyer Liqa
29-cu tur

5 aprel

“Səbail” – “Turan Tovuz” 0:0
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Kamal Umudlu.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
“Bayıl Arena”, 17:00.

6 aprel

“Sabah” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Masazır Arena”, 17:00.

“Qarabağ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu, 19:30.

7 aprel

“Şamaxı” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu, 15:30.

“Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Mərdəkan. “Dalğa Arena”, 18:00.

Seçilən
106
2
arena.az

10Mənbələr