AZ

Mask Trampın rüsumlarına qarşı çıxıb

Amerikalı milyarder və ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkə Prezidenti Donald Trampın siyasətinə zidd olaraq, Avropa İttifaqı (Aİ) ilə azad ticarət zonası yaratmağa çağırıb.
 
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, o bunu İtaliyada keçirilən "Liqa konqresi"ndə videoformatda çıxışı zamanı deyib.
 
İ.Mask ABŞ və Avropanın sıfır tarif vəziyyətinə keçməli olduğuna dair razılaşma əldə edəcəklərinə ümid etdiyini bildirib:
 
"Aİ-dəki hərəkət və işlə təmin etmə azadlığını ABŞ-yə də şamil etmək lazımdır".
 
İ.Maskın sözlərinə görə, o, D.Trampa müvafiq məsləhəti verib.
Seçilən
189
24
moderator.az

10Mənbələr