Bu gün Türkiyədə ana müxalifət partiyasının növbədənkənar qurultayı keçiriləcək
APA-nın xəbərinə görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) 21-ci növbədənkənar qurultayı Ankarada Nazım Hikmet Mədəniyyət Mərkəzində baş tutacaq.
Qurultayda partiyanın prezidentliyə namizədi, hazırda həbsdə olan Əkrəm İmamoğlu üçün təmsili stul ayrılıb.
Hazırkı sədr Özgür Özəl yenidən bu posta namizəd olacağını açıqlayıb. CHP sədrliyinə Antalyanın Muratpaşa rayonunun bələdiyyə sədri Ümit Uysal və sabiq millət vəkili Berhan Şimşek də namizəd olacaqlaını açıqlasalar da, Ümit Uysal namizədliyini geri götürüb.
Qurultayda partiyanın rəhbər strukturlarına da seçkilər olacaq.