AZ

Konqoda təbii fəlakətlər nəticəsində 30 nəfər ölüb

Son iki gündə Konqoda təbii fəlakətlər nəticəsində 30 nəfər ölüb.

Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada son iki gündə daşqına və torpaq sürüşməsinə səbəb olan güclü yağışların təsiri səbəbindən azı 30 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə Kinşasa əyalətinin Səhiyyə Departamentinin rəhbəri Patrisian Qonqo Abakazi bildirib.

"30 ölüm qeydə alınıb. Yaralananların və zərərçəkənlərin sayı xeylidir", - o qeyd edib.

Qeyd edək ki, ötən gündən başlayan leysan yağışlar şəhərin infrastrukturuna ciddi ziyan vurub.

Seçilən
255
50
operativmedia.az

10Mənbələr