"Sabah"ın hücumçusu Con Leys Mikelsin durumuna aydınlıq gəlib.
Almaniyalı legionerin zədəsi ciddidir.
MRT müayinəsindən sonra 31 yaşlı futbolçunun 2-4 həftə aralığında komandasına kömək edə bilməyəcəyi məlum olub
Xatırladaq ki, Con Leys Mikels Ölkə Kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə baş tutan ilk görüşündə ciddi xəsarət alaraq meydanı erkən tərk etməli olmuşdu.
XANOĞLAN / SPORTİNFO.AZ