AZ

Tramp: "Bunu əldə etmək üçün ölürlər"

ABŞ Prezidenti Donald Tramp həftə sonu Avropa və Asiya liderləri ilə Birləşmiş Ştatların rüsumları ilə bağlı danışıqlar apardığını deyib.

Milli.Az report-a istinadən xəbər verir ki, Floridadan Vaşinqtona qayıdan prezident təyyarəsinin göyərtəsində jurnalistlərin suallarını cavablandırıb.

"Mən bir çox Avropa və Asiya liderləri ilə danışmışam. Onlar ticarət razılaşması əldə etmək üçün ölürlər", - ABŞ lideri bildirib.

Donald Tramp deyib ki, xarici liderlər ticarət kəsirini aradan qaldırmaq məqsədilə ABŞ-ın tətbiq etdiyi tarifləri ləğv etmək üçün "irihəcmli pullar" ödəməli olacaqlar.


Milli.Az 

Seçilən
239
50
milli.az

10Mənbələr