AZ

Premyer Liqa: "Neftçi" bu gün "Şamaxı" ilə üz-üzə gələcək

"Neftçi" futbol üzrə Misli Premyer Liqasında bu gün "Şamaxı" ilə üz-üzə gələcək...

XXIX turun oyunu saat 15:30-da start götürəcək.

Şamaxı şəhər stadionunda gerçəkləşəcək qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq. "Ağ-qaralar" 28 turdan sonra 32 xalla altıncı, meydan sahibləri 28 xalla səkkizinci pillədə qərarlaşıb.

Tura saat 18:00-da “Liv Bona Dea Arena”da keçiriləcək "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq. Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək. Naxçıvan komandası 48 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 29 xalla yeddincidir.

Misli Premyer Liqası

IV dövrə, XXIX tur

15:30. “Şamaxı” – “Neftçi”

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Kamran Bayramov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Şamaxı şəhər stadionu

18:00. “Araz-Naxçıvan”– “Sumqayıt”

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Cəmil Quliyev.

Poliqon.info

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

“Liv Bona Dea Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb.

Seçilən
206
50
poliqon.info

10Mənbələr