Bu gün Azərbaycan Premyer Liqasında 29-cu tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.
Şamaxıda şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək. Hər iki komanda turnir cədvəlinin ikinci hissəsində qərarlaşır. Bakılılar 32 xalla altıncı, bölgə təmsilçisi 28 xalla səkkizinci pillədə yer alır. “Şamaxı” öz meydanında qalib gələrək rəqibinə yaxınlaşa bilər.
İlk “üçlük”də gedən “Araz-Naxçıvan” evdə “Sumqayıt”ı sınağa çəkəcək. Naxçıvan komandası 48 xalla üçüncü, “gənclik şəhəri”Ü təmsilçisi 29 xalla yeddincidir.
Qeyd edək ki, növbəti turun oyunları aprelin 11-13-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
29-cu tur
7 aprel
15:30. “Şamaxı” – “Neftçi”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
18:00. “Araz-Naxçıvan” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Nəriman Axundov
“Liv Bona Dea Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” səfərdə “Sabah”ı, “Qarabağ” evdə “Zirə”ni 1:0 hesabı ilə məğlub edib. “Səbail” – “Turan Tovuz” matçında hesab açılmayıb.