AZ

"Meqa Sığorta"nın xalis mənfəəti artıb- MALİYYƏ VƏZİYYƏTİ

"Meqa Sığorta" ASC 2024-cü ili  2 milyon 724 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 2 milyon 514,5 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2024-cü illə müqayisədə 2023-cü ildə "Meqa Sığorta"nın xalis mənfəəti 209 min manat və ya 7,7% artıb.

Marja.az Şirkətin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, "Meqa Sığorta"nın cəmi gəlirləri 2023-cü ildə 29 milyon 48 min manat ikən, 2024-cü ildə 36 milyon 452 min manat təşkil edib (7 milyon 404 min manat və ya 25,5% artıb).

"Meqa Sığorta"nın cəmi xərcləri isə 2023-cü ildə 25 milyon 910  min manat ikən, 2024-cü ildə 33 milyon 47 min manat təşkil edib (7 milyon 137 min manat və ya 27,5% artıb).

"Meqa Sığorta"nın 2024-cü ildə  hesabladığı sığorta haları 2 milyon 163 min manat və ya 6,4% artaraq 35 milyon 941 min manata, sığorta ödənişləri isə 6 milyon 730 min manat və ya 75% artaraq 15 milyon 699 min manata yüksəlib. 

meqa-sığorta
Seçilən
62
43
marja.az

10Mənbələr