AZ

Azad edilmiş ərazilərdə daha 120 mina, 870 PHS aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (31.03.2025 - 06.04.2025) açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 107 piyada əleyhinə mina, 13 tank əleyhinə mina, 870 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2009,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Seçilən
182
33
apa.az

10Mənbələr