AZ

Növbəti köç karvanı Suqovuşana çatdı, açarlar təqdim edildi - YENİLƏNİB + FOTO

Suqovuşan kəndinə köçən ailələrə mənzillərin açarları təqdim edilib.
 
Moderator.az xəbər verir ki, açarların təqdim edilməsində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası prezidentin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. 
 
Ağdərə rayonunun yenidən qurulan Suqovuşan kəndinə ölkənin müxtəlif yerlərindən, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Artıq doğma kəndində köçən ailələrin sayı 126 – ya çatdırlıb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 
 
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 40 minə yaxın insan yaşayır.
 
14:25
 
Tərtər rayonundan Suqovuşan kəndinə yola salınan növbəti köç karvanı kəndə çatıb.
 
Moderator.az xəbər verir ki, ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. 
 
Qeyd edək ki,  artıq Suqovuşana köçün 3-cü mərhələsi həyata keçirilib. Bu mərhələdə daxil olmaqla Suqovuşana 126 ailənin köçürülməsi təmin edilib.
 
14:04
 
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə - 185 nəfər köçürülür.
 
Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Seçilən
115
13
moderator.az

10Mənbələr