AZ

Kəlbəcərdə zəlzələ qeydə alınıb

Kəlbəcərdə zəlzələ olub.

Ağdam stansiyasından 48 km cənub-qərbdə, Kəlbəcər rayonunda zəlzələ baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Qeyd edilib ki, maqnitudası 3,7 bal olan zəlzələ yerli vaxtla saat 00:35-də qeydə alınıb. Zəlzələ ocağı Yerin 11 kilometr dərinliyində olub.

Seçilən
124
20
operativmedia.az

10Mənbələr