AZ

Fidan: İsrail xarici siyasətini daha məsuliyyətli aparmalıdır

Fidan:

İsrail regionda xarici siyasətini “daha böyük məsuliyyətlə” aparmalıdır, çünki seçdiyi vektor yəhudi dövlətinə sabitlik gətirməyəcək.

Reyting.az
xəbər verir ki, bu fikri Türkiyə xarici işlər naziri Hakan Fidan İraqın UTV telekanalına müsahibəsində deyib.

“İsrail xarici siyasətində daha məsuliyyətli olmalıdır. Onun seçdiyi strategiya, xüsusən də işğal ona heç vaxt təhlükəsizlik gətirməyəcək və mənfi nəticələrə səbəb olacaq. Ola bilsin ki, onun həyata keçirdiyi bu işlər bəzi taktiki məsələləri həll etsin, lakin strateji müstəvidə dəymiş ziyan çox daha ciddi olacaq”, - Fidan Suriya sərhədindəki hazırkı vəziyyəti şərh edərkən deyib.

Diplomatın fikrincə, İsraildə iki əsas siyasi istiqamət var: “Birincinin tərəfdarları region ölkələri ilə “qarşılıqlı hörmət əsasında” münasibətlər qurmağa çalışır, ikincisi isə qonşularını zəiflətməklə İsrail dövlətinin təhlükəsizliyini qorumağa çalışır”.

Hakan Fidan əmindir ki, İsrailin hazırkı baş naziri Benyamin Netanyahu sonuncu cərəyana aiddir.

“Biz bu taktikanın əvvəllər dəfələrlə istifadə edildiyini görmüşük və bu, heç vaxt İsrailin özünün və ya bütün regionun xeyrinə olmayıb, lakin bir çox problemlərə səbəb olub”, - deyə Fidan vurğulayıb.

E. KAMAL
Seçilən
202
50
reyting.az

10Mənbələr