AZ

Bakıda parkda 39 yaşlı qadın öldürülüb -

Bakıda qətl törədilib.

 

“Qafqazinfo”nun məlumatına görə, aprelin 7-si saat 19 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,  Ə.Mehbalıyev küçəsində yerləşən Neftçilər parkında qadın bıçaqlanaraq qətlə yetirilib.

 

Öldürülən qadının 1986-cı il təvəllüdlü Sevinc Tofiq qızı Məhərrəmova olduğu müəyyən edilib.

 

Hadisəni törətməkdə şübhəli bilinən S.Məhərrəmovanın həyat yoldaşı 1980-ci il təvəllüdlü Natiq Zakir oğlu Məhərrəmov saxlanılıb.

 

Onun hadisəni qısqanclıq zəminində törətdiyi bildirilir.

 

Faktla bağlı Surxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Seçilən
101
35
senzor.az

10Mənbələr