AZ

"İrana hərbi yardım göstərməyə borclu deyilik" - Rusiya XİN

ABŞ İrana hücum edərsə, Moskva İslam ölkəsi ilə strateji tərəfdaşlıq sazişi çərçivəsində Tehrana hərbi yardım göstərməyə borclu deyil. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb. 

"ABŞ-nin İrana mümkün hücumu region üçün ən ağır nəticələrə səbəb ola bilər. Rusiya bu ölkə ilə strateji tərəfdaşlıq sazişi çərçivəsində İrana hərbi yardım göstərməyə borclu deyil. Çünki bu, hərbi ittifaqın sənədi deyil. Lakin Rusiya münaqişənin həlli üçün bütün tədbirləri görəcək", - o deyib.

Qeyd edək ki, Rusiya Dövlət Duması bu gün keçirilən plenar iclasda Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişini ratifikasiya edib. Bundan əvvəl sənəd Rusiya prezidenti tərəfindən ratifikasiya olunmaq üçün Dövlət Dumasına təqdim edilmişdi.

Ağarza Elçinoğlu

Seçilən
240
26
unikal.az

10Mənbələr