AZ

Gəncədə 2 nəfərin meyiti aşkarlanıb - Yenilənib

Gəncədə meyitləri tapılan şəxslərin kimlikləri məlum olub...

APA-nın yerli bürosunun məlumatına görə, birinci meyit şəhərin Sultanbəy Əfəndiyev küçəsində yerləşən fərdi yaşayış evində aşkarlanıb.

Bağlı qapı arxasından meyiti tapılan şəhər sakini 1977-ci il təvəllüdlü A. Əzizovdur.

Digər meyit isə şəhərin Fikrət Əmirov küçəsində yerləşən yaşayış binasından aşkarlanıb. Meyti tapılan 1968-ci il təvəllüdlü İ.İbrahimovdur.

Hər iki şəxsin ürək tutmasında öldüyü bildirilir. Faktlarla bağlı araşdırmalar aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində ayrı-ayrı ünvanlarda 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Poliqon FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Poliqon.info

Seçilən
175
3
poliqon.info

10Mənbələr