Amerikalı milyarder İlon Mask Tesla-nın xaricdən əsas komponentləri alması ilə bağlı iddiasına cavab olaraq ABŞ-ın ticarət müşaviri Piter Navarronu “axmaq” adlandırıb.
Bizim.Media xəbər verir ki, sahibkar və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri bu barədə “X” hesabında yazıb.
"Navarro axmaqdır. Onun dedikləri tamamilə doğru deyil", - deyə Mask yazıb.
Navarro daha əvvəl bildirmişdi ki, Maskın şirkəti elektrik avtomobilləri istehsal etmir, lakin yığır. Onun sözlərinə görə, Texasdakı Tesla zavodunda istehsal olunan avtomobillər üçün çoxlu akkumulyatorlar Yaponiya və Çindən, elektronika isə Tayvandan alınır. Prezidentin müşaviri vurğulayıb ki, ABŞ-ın məqsədi komponentləri öz ərazisində istehsal etməkdir.
Bizim.Media