Rusiya ordusu Kursk vilayətində daha bir yaşayış məntəqəsini Ukrayna qüvvələrinin işğalından azad edib. Metbuat.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat paylaşıb. Məlumatda deyilir ki, “Sever” (Şimal) Hərbi Qrupunun bölmələri Ukrayna əsgərlərinin sızdığı Kursk vilayətinin Quevo kəndini geri alıb. Bundan əlavə, Gornal və Olesnya yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş bölməsinin bölmələri, tank bölməsi, üç hava-desant briqadası və regional müdafiə briqadası darmadağın edilib. Bildirilir ki, hərbi əməliyyatlar zamanı Ukrayna qüvvələri 290-dan çox əsgərini itirib. Qeyd edək ki, Ukrayna qüvvələri əks hücumə keçərək Kurskda bir neçə məntəqəni işğal etmişdi.