Çilidə 5,0 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, episentr təxminən 143 min əhalisi olan Kalama şəhərindən 161 km şimalda yerləşib. Təbiət hadisəsinin ocağı 119 km dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.