AZ

Polşadan Azərbaycana birbaşa xarici investisiyalar 6,2 dəfə artıb

2024-cü ildə Polşadan Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 4,3 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Finss.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumatlara görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə ötən il Polşadan Azərbaycan iqtisadiyyatına edilən investisiyalar 3,6 milyon ABŞ dolları və ya 6,2 dəfə artıb. Bu artım, Polşanın Azərbaycanın ümumi birbaşa xarici investisiyalarında 0,1% paya sahib olmasına səbəb olub.

Qeyd edək ki, 2023-cü ildə Polşadan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar yalnız 703 min ABŞ dolları təşkil etmişdi.

2024-cü ildə Azərbaycan iqtisadiyyatına ümumi birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarından çox olub, bu da 2023-cü illə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir. Eyni zamanda, hesabat ili ərzində Azərbaycan iqtisadiyyatından xarici ölkələrə yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 1,8 milyard ABŞ dolları olub, bu da 2023-cü illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma deməkdir.

Fuad Mədətov
Finss.az

Seçilən
155
9
fins.az

10Mənbələr