Ağ Evin sözçüsü Karolin Leavitt ABŞ və İran arasında birbaşa danışıqlara dair açıqlamalar verib.
Publika.az xəbər verir ki, Leavitt aprelin 12-də İranla birbaşa danışıqların vacibliyini vurğulayaraq, Donald Trampın İran məsələsində qərarlı olduğunu deyib.
"Tramp İrana açıq şəkildə bildirib ki, onlar seçim etməlidirlər: ya danışıq aparsınlar, ya da bədəlini ödəsinlər. Əgər onlar diplomatiya yolu ilə razılığa gəlməyi seçməsələr, ki artıq bu yöndə hərəkətlər sezirik, bunun ciddi nəticələri olacaq", - deyə sözçü qeyd edib.
Leavitt Trampın İrana qarşı bəzi sanksiyalar tətbiq etdiyini, eyni zamanda danışıqlar yolu ilə razılaşmaq tərəfdarı olduğunu və birbaşa danışıqların gedişatına uyğun hərəkət edəcəklərini söyləyib.
Amerika mətbuatında çıxan xəbərlərə görə, Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun İranla birbaşa danışıqlar aparacağı gözlənilir.