ABŞ və Panama hökumətləri Panama kanalının təhlükəsizliyi və istismarı ilə bağlı birgə bəyannamə imzalamaq niyyətindədir.
APA xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Panamanın ictimai təhlükəsizlik naziri Frank Abreqo ilə birgə mətbuat konfransında deyib.
"Biz Panama kanalının təhlükəsizliyini təmin edirik və Çinin mənfi təsirinə qarşı mübarizə aparırıq. Panama kanalı Çin tərəfindən deyil, Amerika tərəfindən qorunmalı olan əsas ərazidir", - o bildirib.