AZ

Panama ABŞ hərbi gəmilərinə prioritet keçid hüququ verəcək

Heqset: Panama kanalında ABŞ hərbi gəmilərinə üstünlük verilir...

Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, ABŞ və Panama Amerika hərbi gəmilərinin Panama kanalından prioritet və sərbəst keçməsi haqqında çərçivə sazişi imzalayıb.

Poliqon xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin saytında məlumat verilib. Məlumata görə, kanal Panamanın Çinlə deyil, ABŞ ilə birgə müdafiə etməli olduğu əsas strateji ərazidir.

Tərəflər həmçinin regionda təhlükəsizliyin təmin edilməsi üçün birgə fəaliyyətə dair anlaşma memorandumu imzalayıblar.

Qeyd edək ki, mart ayında NBC telekanalı bildirmişdi ki, ABŞ Çinin Panama kanalı üzərində təsirini azaltmaq üçün bu ölkədə hərbi mövcudluğunu artıra bilər. Pentaqon Panama ordusu ilə hərbi əməkdaşlığın dərinləşdirilməsindən tutmuş kanalın ələ keçirilməsinə qədər müxtəlif variantları nəzərdən keçirib.

Xatırladaq ki, ABŞ prezident seçkilərində qalib gəldikdən sonra Donald Tramp Panama kanalına nəzarəti bərpa etmək planlarını açıqlayıb. ABŞ lideri bildirib ki, kanalın 1999-cu ildə Panamaya verilməsi “axmaqlıqdır”. Respublikaçının fikrincə, ölkə hakimiyyəti hərbi gəmilərin keçidinə görə ABŞ-dan həddən artıq çox pul tələb edir.

Poliqon.info

Seçilən
238
50
poliqon.info

10Mənbələr