AZ

Bakıda və rayonlarda silah-sursat tapılıb

Aprelin 10-da ölkə ərazisində avtomat, qumbara atan və tapançalar aşkar ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları aprelin 10-da ölkə ərazisində avtomat, qumbara atan və tapançalar aşkar ediblər.

 

Operativ Media  xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

Belə ki, aprelin 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 1 qumbara, 4 tüfəng, 5 patron darağı və 255 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Seçilən
117
7
operativmedia.az

10Mənbələr