AZ

Dələduzluğa görə axtarılan 3 nəfər istintaqa təhvil verilib

Polis əməkdaşlarının aprelin 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Həmin gün polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV

XQ

Seçilən
149
10
xalqqazeti.az

10Mənbələr