AZ

Türkiyədən Misirə kimyəvi maddə ixracı azalıb

Bakı. Trend:

Türkiyə 2025-cü ilin mart ayında Misirə kimyəvi maddə ixracını2024-cü ilin eyni dövrü ilə müqayisədə 66,6 faiz azalaraq 44 milyon385 min 43 dollara çatdırıb.

Trend xəbərverir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumatverilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Misirə kimyəvimaddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,6faiz azalaraq, 170 milyon 687 min 35 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyəninkimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faizazalaraq, 7 milyon 773 min 310 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 2 milyon 729 min 594 dollarməbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayıilə müqayisədə 11,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə30 milyon 469 min 748 dollar məbləğində kimyəvi maddə ixracedib.

Məqalədə:
Seçilən
154
15
az.trend.az

10Mənbələr