Bakının mərkəzində “BYD” markalı avtomobil körpüdən aşıb.
Modern.az xəbər verir ki, maşın Ələsgər Qayıbov küçəsindən sürətlə gələrək Heydər Əliyev prospektinin kənar yoluna düşün və beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.
Qəzaya uğrayan avtomobil “Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.
Bakı Şəhər Yol Polisi İdarəsindən bildirilib ki, Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan Anar Nəcəfovun idarə etdiyi 77-UY-524 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobil idarəetməni itirərək 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Görüntülərini təqdim edirik:
***
14:43
Bakıda Heydər Əliyev prospektində qəza olub.
Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzdən məlumat verilib.
Bildirilib ki, Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb. Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.