Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Braziliya arasındaticarət əməliyyatlarının həcmi 109,7 milyon ABŞ dolları təşkiledib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 95,2 milyon ABŞ dolları və ya 7,6 dəfə çoxdur.
Hesabat dövründə Braziliya ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 1,23%-i həcmində olub.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Braziliyaya 43min dollarlıq məhsul ixracı qeydə alınıb. Ötən ilin eyni dövründəsözügedən ölkəyə Azərbaycandan məhsul ixracı qeydə alınmayıb.
Eyni zamanda, hesabat dövründə Braziliyadan Azərbaycana 109,6milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, buda 2024-cü ilin eyni dövrü ilə müqayisədə 95,1 milyon ABŞ dollarıvə ya 7,6 dəfə artım deməkdir.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.