AZ

Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosunun Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, Həsənriz kəndinə köçürülmənin üçüncü mərhələsidir. Bu mərhələdə kəndə 20 ailə - 72 nəfər köçürülür.

Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Seçilən
241
26
aznews.az

10Mənbələr