AZ

Pinqvin helikopter qəzasına səbəb oldu

Yanvar ayında Cənubi Afrikada helikopter qəzasının səbəbi məlum olub.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, helikopterin qəzaya uğramasına uçuş qaydalarına zidd olaraq kabinəyə salınan pinqvin səbəb olub.

Cənubi Afrikanın Mülki Aviasiya İdarəsi (SACAA) Şərqi Keyp əyalətində helikopterin qəzaya uğraması ilə bağlı hesabat yayıb.

Məlumata görə, qəza uçuş qaydalarına zidd olan pinqvin kabinəyə salınması səbəbindən baş verib.

Ön oturacaqda əyləşən tədqiqatçının əlindəki qutuda daşınan pinqvin havaya qalxarkən qutudan qaçmağa çalışıb.

Bu vaxt pilotun qarşısındakı idarəetmə pultunun üzərinə bir qutu düşərək 15 metr yenicə qalxan helikopterin kəskin şəkildə sağ tərəfə çökməsinə səbəb olub.

Helikopter pilotun idarəetməni saxlamaması nəticəsində qalxma məntəqəsindən 20 metr aralıda qəzaya uğrayıb və ciddi zədələnib.

Qəza nəticəsində pinqvin də daxil olmaqla heç kim ölməyib və xəsarət almayıb.

Fidan
Milli.Az

Seçilən
232
50
milli.az

10Mənbələr