Xəbər verdiyimiz kimi aprelin 10-da Heydər Əliyev prospektində dəhşətli yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, qəza nəticəsində “BYD” markalı avtomobilin sürücüsü Anar Nəcəfov və sərnişin Sevda Həşimova xəsarət alıblar. Onlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Məsələ ilə bağlı Baku tv-yə danışan Anar Nəcəfovun gəlini Münəvvər Nəcəfova hadisənin necə baş verməsindən danışıb.
M.Nəcəfova qəzanın baş vermə səbəbini qayınatasının səhhəti ilə əlaqələndirib:
"Ayağında qıcolma var idi. Evdə anidən tuturdu, qışqırırdı, iynə batırandan sonra sakitləşirdi. Dünən onunla danışanda dedi ki, qıcolmam tutdu, ona görə də ayağımı qazdan çəkə bilmədim".
Ətraflı sujetdə:
Bizim.Media