Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanla Kanada arasındaticarət əməliyyatlarının həcmi 93,6 milyon ABŞ dolları təşkiledib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Bildirilib ki, bu, 2024-cü ilin eyni aylarındakı göstərici iləmüqayisədə 91,5 milyon ABŞ dolları və ya 43,7 dəfə çoxdur.
Hesabat dövründə Kanada ilə ticarət dövriyyəsi Azərbaycanınümumi ticarət dövriyyəsinin 1,05%-i həcmində olub.
Cari ilin yanvar-fevral aylarında Azərbaycandan Kanadaya 409 mindollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü iləmüqayisədə 202 min ABŞ dolları və ya 97,6% çoxdur.
Eyni zamanda, hesabat dövründə Kanadadan Azərbaycana 93,2 milyonABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da2024-cü ilin eyni dövrü ilə müqayisədə 91,3 milyon ABŞ dolları vəya 48,2 dəfə artım deməkdir.
Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanınxarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dollarıolub.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.
Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dollarıixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da,illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və1,7 milyard dollar və ya 69,2% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbətsaldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya3,7 dəfə azdır.