AZ

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilir

Bakıda 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu keçirilib.
 

Sfera.az xəbər verir ki, Forum Azərbaycanda süni intellekt sahəsində qabaqcıl şirkətlərdən biri olan “Neurotime” və ADA Universitetinin təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq Süni İntellekt və Big Data Forumu — süni intellektin bu günü və gələcəyi ilə bağlı qlobal müzakirələrin aparıldığı, onun cəmiyyətə, iqtisadiyyata və texnologiyaya təsirinin təhlil olunduğu nüfuzlu platformadır. Forumda ADA Universiteti, Florida Texnologiya İnstitutu, Nyu York Universiteti, Tallinn Texnologiya Universiteti və Kolumbiya Universitetinin professorları çıxış edib. Onlar innovasiyalar və süni intellektin gələcək perspektivləri barədə dəyərli bilik və təcrübələrini bölüşüb.
 

Tədbir çərçivəsində süni intellekt və Big Data sahəsindəki ən son texnoloji yeniliklər, elmi nailiyyətlər və innovativ həllər təqdim olunub. Forum yerli və beynəlxalq mütəxəssislər, tədqiqatçılar, sahibkarlar və dövlət nümayəndələrinin iştirakı ilə müxtəlif sahələrdə süni intellektin tətbiqi imkanlarının geniş şəkildə müzakirə olunacağı panel sessiyalarla zəngin olub. Bununla yanaşı, Azərbaycanda süni intellektin sənaye, səhiyyə, media, təhsil, kənd təsərrüfatı və digər sahələrdə tətbiqi üzrə mövcud imkanlar və gələcək perspektivlər də Forumun əsas mövzuları arasında yer alıb.
 

Qeyd edək ki, 6-cı Beynəlxalq Süni İntellekt və Big Data Forumu, Azərbaycanın süni intellekt və rəqəmsal transformasiya sahəsində regional liderliyə doğru atdığı növbəti mühüm addım kimi qiymətləndirilir.

Firuzə Əliyeva

Seçilən
125
50
sfera.az

10Mənbələr