Hindistan və Nepalda son iki gündə yağan güclü yağışlar nəticəsində 100-dən çox insan həyatını itirib.
Son iki gündə Cənubi Asiya ölkələri Hindistan və Nepalda mövsüm normalarından kənar güclü yağışlar müşahidə olunur.
Operativ Media xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Yağıntılar nəticəsində Hindistanın Bihar ştatında 82 nəfər həyatını itirib, ölkənin ən sıx məskunlaşmış ştatı olan Uttar Pradeşdə isə ildırım və fırtına səbəbindən 18 nəfər ölüb.
Nepalda da ildırım düşməsi və güclü yağışlar nəticəsində 8 nəfər həlak olub.
Hindistan mediasının hava proqnozlarına əsasən, bölgədə qarşıdakı günlərdə daha çox yağıntı gözlənilir.