AZ

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb

Ötən gün ölkə ərazisində qeydə alınan 43 cinayət açılıb.

Aprelin 11-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   
Operativ Media xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 111, o cümlədən borclu şəxs qismində axtarışda olan 91 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      
Narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Seçilən
194
24
operativmedia.az

10Mənbələr