Ağ Evin sözçüsü Karolin Leavitt cari məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.
Publika.az xəbər verir ki, Çinlə artan ticarət müharibəsinə toxunan Leavitt ABŞ prezidenti Donald Trampın Pekinlə ticarət razılaşmasına nikbin baxdığını bildirib.
O, Çini təhdid edib: "Əgər Çin qisas almağa davam edərsə, bu, onlar üçün yaxşı olmayacaq".
O, həmçinin İranla nüvə gərginliyinə də toxunub: “Donald Tramp İranın nüvə proqramından əl çəkmədikləri təqdirdə cəhənnəmə gedəcəklərini bilməsini istəyir”.
Leavitt Trampın son məqsədinin İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etmək olduğunu və diplomatik səylər uğursuz olarsa, bütün variantların masada olduğunu vurğulayıb.