AZ

Gəncədə 34 yaşlı kişi bıçaqlandı

Gəncədə tanışlar arasında baş verən mübahisə qanla nəticələnib. Hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, 34 yaşlı Rəşad Nəsrullayev sinif yoldaşı olduğu bildirilən şəxs tərəfindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.

Cinayətdə şübhəli bilinən Seymur İsmayılov saxlanılıb və istintaqa cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
114
35
news365.az

10Mənbələr