AZ

Azərbaycan və Maldiv Respublikasının XİN rəhbərləri əməkdaşlıq imkanlarını müzakirə ediblər

Bakı. Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov AntalyaDiplomatiya Forumunda iştirakı çərçivəsində Maldiv Respublikasınınxarici işlər naziri Abdulla Xəlil ilə görüşüb.

Bu barədə Trend-əAzərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunubki, görüş zamanı iki ölkə arasında iqtisadi-ticarət,investisiyalar, turizm, humanitar və s. sahələr üzrə əməkdaşlıqimkanları müzakirə olunub. Ötən il ölkəmizdə keçirilən BMT-ninİqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində MaldivPrezidentinin ölkəmizə səfəri, ali və yüksək səviyyədə keçirilmişgörüşlərin əhəmiyyəti qeyd olunub. Azərbaycan və Maldiv arasındaəməkdaşlığın inkişaf etdirilməsində siyasi məsləhətləşmələrmexanizmindən istifadənin vacibliyi vurğulanıb. Bu çərçivədəMaldivə Azərbaycan hökumət missiyası zamanı müzakirə edilmişməsələlər nəzərdən keçirilib.

Turizm sahəsində əməkdaşlıq imkanlarını müzakirə edən nazirlərölkələrimiz arasında ötən ildən etibarən birbaşa uçuşlarınaçılmasının vətəndaşlarımıza yaradılan səyahət imkanlarınıngenişlənməsi baxımından mühüm olduğunu diqqətə çatdırıb. Regionalvə beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam ƏməkdaşlıqTəşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək vəəməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

phrase_var_article.chosen
204
11
az.trend.az

10phrase_var_article.sources