Bakıda 10 yaşlı uşaq itkin düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə “Report”a onun yaxınları məlumat veriblər.
Belə ki, 2015-ci il təvəllüdlü Əlizadə Ayxan Zəfər oğlu bu gün evdən çıxıb və geri qayıtmayıb. Məlumata görə, onu son dəfə Sarayevo küçəsi yaxınlığında görüblər.
A.Əlizadəni görənlərdən və ya onun barədə məlumatı olanlardan 077 733 05 05 nömrəli telefona zəng etmələri xahiş olunur.
Bizim.Media