Türkiyə NATO və Avropa İttifaqını (Aİ) daha da gücləndirir.
Korrespondent.az “Haber Global”a istinadla xəbər verir ki, bu barədə ABŞ-nin “The National Interest” nəşri yazıb.
Qeyd olunub ki, Türkiyənin Rusiya- Ukrayna müharibəsindəki mövqeyi mühüm və strateji əhəmiyyətə malikdir: “Türkiyənin nüfuzunun artması həm də Avropa İttifaqı və NATO-nun güclənməsi deməkdir”.
Məqalədə, həmçinin yazılıb ki, hərbi gücü nəzərə alınmaqla Türkiyə Aİ-yə üzv olmalıdır: “Türkiyə regiondakı bütün gərginlik və münaqişələrdə vasitəçi, yaxud ticarət diplomatiyasını təmin edən dərin siyasət nümayiş etdirir. Türkiyə dünyanın ən gərgin nöqtəsi olan Avrasiyanın mərkəzində yerləşən bir ölkə kimi regional şahmat oyununda böyük ustalıq nümayiş etdirir”.
Bildirilib ki, Türkiyə-Rusiya münasibətlərində tarix boyu qarşıdurma və gərginlik müşayiət olunsa da, onlar indi tərəfdaşdırlar.