AZ

Kərimi satmaq istəyirlər - Artıq 3 “müştəri”si var

Dortmund “Borussiya”sı yay transfer pəncərəsində vingeri Kərim Adeyemini satmağa hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

“Arılar” potensial sözləşmənin məbləğini ən azı 45 milyon avro qiymətləndirir. “Napoli”, “Çelsi” və “Aston Villa” almaniyalı futbolçuya iddialılar arasındadır.

Adeyeminin “Borussiya” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna kimidir. O, bu mövsüm Bundesliqada 19 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
267
48
sportinfo.az

10Mənbələr