AZ

Azərbaycan klubu müdafiəçisi ilə müqavilənin müddətini uzatdı

"Araz-Naxçıvan" müdafiəçisi İqor Ribeyro ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı 2025/2026 mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək.

Əsas heyətin daimi üzvü olan İ.Ribeyro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur.

Seçilən
273
49
sportinfo.az

10Mənbələr