Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan şəxslərdən 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatları araşdırılır.