"Şükürlər olsun, ölkəmə medalla qayıtdım".
Bu sözləri Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanan yunan-Roma güləşçisi Həsrət Cəfərov jurnalistlərə açıqlamasında deyib.
Üçüncü dəfə Avropa çempionu olan idmançı xoşbəxt olduğunu bildirib: "Ardıcıl üçüncü dəfə bu adı qazanmaq gözəl hissdir. Təbii ki, bununla kifayətlənməyəcəyəm. Qarşıda dünya çempionatı bizi gözləyir. Həmin turnirdə də uğurlu olmaq istəyirəm".
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi turnirdə