AZ

Keçmiş Baş Qərargah rəisi Netanyahunun həbsini tələb etdi

İsrailin keçmiş Baş Qərargah rəisi Dan Halutz açıqlamaları ilə diqqət çəkib.

"Unikal" İsrail mətbuatına istinadən xəbər verir ki, o, açıqlamasında baş nazir Benyamin Netanyahunu "düşmən" adlandırıb və  həbsini tələb edib. 

Halutzun açıqlamaları İsraildə müzakirələrə səbəb olub. Bunun fonunda baş nazir Netanyahunun "Likud" partiyası yazılı açıqlama yayıb. 

"Halutzun ölkə tarixinin ən uğursuz baş qərargah rəisi olduğu" iddia edilən açıqlamada, "Bu, ifadə azadlığı deyil. Bu, demokratiyaya qarşı təhrikdir, ifrat solçuların baş nazirə qarşı sui-qəsd cəhdlərini təşviq edir", - qeyd olunub. 

Gülayə Mecid

Seçilən
196
50
unikal.az

10Mənbələr